BaşlıcaSiyasət

Azərbaycan prezidentinin ritorikası sülh prosesinə mane olur: Mirzoyan

Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı aldığı təkliflər üzərində işləyir, Ermənistan tərəfinin təklifləri və reaksiyası təzliklə olacaq. “Armenpress”in məlumatına görə, bunu Parlamentdə hökumətlə sual-cavab iclasında xarici işlər naziri Ararat Mirzoyan “Mülki müqavilə” fraksiyasının deputatı Sarqis Xandanyanın İlham Əliyevin son bəyanatları ilə bağlı sualını cavablandırarkən deyib.

“Dediyiniz fenomen yeni deyil. Bir tərəfdən, məsələn, sülh müqaviləsi prosesi kimi danışıqlar prosesi gedir, digər tərəfdən isə Azərbaycanın artan ritorikasını, təhdidlərini, aqressiv hərəkətlərini görürük. Sentyabrın 13-də Azərbaycan Ermənistan Respublikasının suveren ərazisini işğal edəndə biz bunun şahidi olduq. Dekabrın 12-də Laçın dəhlizinin bağlanması ilə bunun şahidi olduq. Və bu fenomen təəssüf ki, davam edir. Üstəlik, son vaxtlar həm ermənifob təbliğatı, həm də birbaşa təhdidlər güclənib. Xatırlayırsınız ki, hətta Azərbaycan prezidenti də bəyan etmişdi ki, Azərbaycanın şərtlərini qəbul etməsələr, heç bir sülh müqaviləsi olmayacaq, Ermənistandakı 29 min kvadrat kilometr ərazilərində dinc yaşamayacaqlar. Bu ultimatum yanaşması var, bu ritorika var. Eyni zamanda, sülh müqaviləsi üzrə danışıqlar davam edir. Biz yenə də Azərbaycandan təkliflər almışıq, onların üzərində işləyirik və yaxın vaxtlarda təbii ki, bizim təkliflərimiz, cavabımız olacaq.

Təbii ki, qeyd etdiyim ritorika və aqressiv münasibət nəinki sülh prosesinə töhfə vermir, hətta bu prosesdə yeni maneələr yaradır”, – deyə Mirzoyan vurğulayıb.

Xarici işlər naziri vurğulayıb ki, Ermənistan regionda sülhün bərqərar edilməsində qərarlıdır və uzunmüddətli və sabit sülhün bərqərar olması üçün danışıqları davam etdirəcək.

Daha çox göstər
Back to top button