BaşlıcaSiyasət

Azərbaycanlılar onlara yaxınlaşan rus  hərbiçiləri üzərinə atəş açıb, zərər çəkənlər  var (fotolar)

Ötən gün Rusiya sərhədçiləri əlverişsiz hava şəraiti səbəbindən itmiş müqaviləli hərbçinin azərbaycanlıların nəzarətində olan ərazidən geri qaytarılması üçün vasitəçilik etməyə cəhd ediblər.

“Haykakan Jamanak”ın məlumatına görə, ruslarla azərbaycanlılar arasında razılaşma olub, rus bayrağı və sülhməramlı loqosu olan Rusiyanın “UAZ” markalı avtomobili azərbaycanlıların nəzarətində olan əraziyə daxil olub, bundan sonra azərbaycanlılar avtomobili atəşə tutublar. Nəticədə iki rus  hərbiçi bədən xəsarətləri alaraq Qoris tibb məntəqəsinə yerləşdirilib.

Xatırladaq ki, daha əvvəl ER Müdafiə nazirliyi məlumat vermişdi ki, martın 21-də saat 12:20 radələrində ilkin məlumatlara görə, Ermənistan Silahlı qüvvələrinin əsgəri M.Q. döyüş bazasına avtomobillə ərzaq daşıyarkən, zəif görünmə və duman şəraitində ərazidə azaraq avtomobillə Azərbaycanın nəzarəti altında olan əraziyə çatıb.

Martın 23-də hərbçinin axtarış-xilasetmə əməliyyatları nəticəsində tapıldığı məlum olub.

Sünik Qubernatorluğu onu da bildirib ki, martın 21-də axşam saatlarında yüngül kəllə-beyin travması ilə (tüfəngsiz) iki rus hərbiçi Sünik Qubernatorluğu yanında Qoris Tibb Mərkəzinə gedib. Onlara yerindəcə ilkin tibbi yardım göstərilib və dərhal xəstəxanadan buraxılıblar.

Daha çox göstər
Back to top button