BaşlıcaSiyasət

Zaxarova hərbçilərin xəsarət alması haqqında: Rusiyanın öz mövqeyini müxtəlif müttəfiqlərə çatdırmaq üçün müxtəlif vasitələri var

Müdafiə Nazirliyi hadisənin başvermə şəraitini araşdırır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın suveren ərazisində – Syunik bölgəsində iki rus hərbçisinin yaralanması ilə bağlı məsələni şərh edərkən bildirib.

Onun sözlərinə görə, araşdırmanın nəticəsini gözləmək lazımdır. Bu nəticələr çıxan kimi o, qiymət verə biləcək.

XİN nümayəndəsi Moskvanın reaksiyasının necə olacağını soruşduqda bu reaksiyanın təkcə ictimai xarakter daşımadığına diqqət çəkib. “Müxtəlif səviyyələrdə dialoq var. Bir də ki, mikrofonda nəsə deyilmirsə, bu o demək deyil ki, telefonda, şəxsən, yazışmalarda və s. deyilmir”.

Zaxarova aydınlaşdırıb ki, Rusiyanın öz mövqeyini müxtəlif müttəfiqlərə, tərəfdaşlara və dostlara çatdırmaq üçün müxtəlif vasitələri var.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button