BaşlıcaBeynəlxalq

Bob Menendez Blinkendən izahat tələb edib:  “Biz niyə işğalçı Azərbaycana hərbi təhsil vermək istəyirik? “

ABŞ Konqresinin Xarici əlaqələr komitəsinin sədri Bob Menendes ABŞ-ın Azərbaycana göstərdiyi hərbi yardımla bağlı ciddi narahatlığını bildirib.

Bu haqda Menendez ABŞ dövlət katibi Entoni Blinkenin cavabdeh qismində çıxış etdiyi komissiyada dinləmələr zamanı öz hiddətini bildirib.

“Son bir il ərzində biz Azərbaycanın Ermənistan ərazilərini necə işğal etdiyini, Dağlıq Qarabağın davam edən blokadası ilə ərzaq təhlükəsizliyi böhranı yaratdığını gördük…

Son 5 ildə Azərbaycanın 6500 nəfərin ölümünə səbəb olan müharibəni necə qızışdırdığını gördük. Qarabağda 100 minə yaxın erməni öz ev-eşiyindən didərgin düşüb. Mən Əliyev rejiminə yardım göstərməkdən narahatam” – deyərək Menendes bildirib.

O, qeyd edib ki, Dövlət Departamenti Azərbaycan hərbçilərinin beynəlxalq hərbi təhsili və təlimi üçün 700 min ABŞ dolları istəyib.

“Amerika xalqına izah edə bilərsinizmi ki, biz niyə öz qonşusuna hücum edən və vətəndaşlarının hüquqlarını pozan təcavüzkar dövlətə hərbi təhsil və təlim vermək istəyirik?”- deyərək  Menendez Blinkendən soruşdu.

“Bunun praktiki səbəbləri var ki, onlardan biri də onların qüvvələri, bizim qüvvələrimiz və NATO arasında əməkdaşlığı gücləndirməkdir.

Onlar sülhməramlı fəaliyyətlə məşğuldurlar. Onların İranla müdafiəyə ehtiyacı olan uzun sərhədləri var. Amma biz bunun həqiqətən faydalı olduğunu düşünürük. Bəzi zabitlərinin Qərb təhsilini, bəlkə də oriyentasiyasını artırmaqçün” – deyərək  Blinken bildirib.

Bu cavab Bob Menendezi  əsəbləşdirib.

“Ümid edirəm ki, onlar Qərb təhsilində bu insanları mühasirəyə alaraq, qarşıdurma yaradaraq, 6500 qurbanı nə etdiklərini öyrənməyiblər, ümid edirəm ki, bu, Qərb təhsili deyil” – deyərək  Menendez qeyd edib.

Daha əvvəl xəbər verildiyi kimi, dinləmə zamanı Blinken Ermənistan və Azərbaycanın tezliklə sülh razılaşmasına nail ola biləcəyi barədə fikirlərini bildirib

Daha çox göstər
Back to top button