BaşlıcaSiyasət

Ermənistan-Azərbaycan gərginliyi fonunda İranın mövqeyi bəllidir – VİDEO

Həftə ərzində regionumuzda həm Ermənistan-Azərbaycan sərhədində, həm təmas xəttində, həm də informasiya platformalarında vəziyyət gərgin olub.

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan tərəfinə və Rusiya sülhməramlılarına qarşı saxta ittihamlarla çıxış edərək, Artsaxa hərbi daşımalar həyata keçirməkdə günahlandırıb və hətta vəziyyətin daha da gərginləşməsi ilə hədələyib. Müdafiə Nazirliyinin bəyanatlarından sonra Azərbaycanın təbliğat platformaları ilə həm Rusiya, həm də İran tərəfini hədəfləyən və yaxın zamanda müharibənin başlayacağına dair xəbərlər yayılıb.

Mövcud gərginlik fonunda Azərbaycan tərəfi hətta Rusiya sülhməramlılarının maşınına atəş açıb və nəticədə 2 rus hərbçi yaralanıb.

Bütün bunlara paralel olaraq, İran tərəfi informasiya platformalarında və rəsmi səviyyədə Bakının hərbi məqsədlərini fəal və aydın şəkildə qeyd edib. İranın Fars xəbər agentliyi yazıb ki, Azərbaycan sərhəddə hərbi qüvvələr cəmləşdirir və Ermənistan Respublikasının Syunik bölgəsinə hücumə hazırlaşır. İranın bir sıra teleqram kanalları Təbrizin aviabazalarının 100 faiz hazır vəziyyətə gətirildiyini yazıb, eyni zamanda videolar da paylaşılıb.
İran mətbuatı da qondarma Zəngəzur dəhlizinin yaradılmasının regional təhlükələrinə toxunub.

Bundan başqa, həftə ərzində, İranın Sərhəd Xidmətinin rəisi və “Sepah”ın quru qüvvələrinin komandanı İranın sərhədyanı rayonlarına ayrı-ayrı səfərə gediblər.

İran xarici işlər nazirinin müavini Əli Baqiri isə, Yerevana iki günlük işgüzar səfər edib və bir sıra görüşlər keçirib. O, İranın mövqeyini bir daha təsdiqləyib və bəyan edib ki, region ölkələrinin beynəlxalq sərhədlərinə və milli suverenliyinə hörmət edilməlidir.

Daha çox göstər
Back to top button