BaşlıcaSiyasət

Azərbaycan XİN Fransanı “ölkədə sərbəst toplaşmaq və dinc etirazlar hüququna hörmət etməyə” çağırıb

İnsan hüquq və azadlıqları baxımından dünyada ən pis göstəricilərə malik olan Azərbaycan anti-Fransa siyasəti çərçivəsində növbəti bəyanatını verib. O cümlədən, Azərbaycan Xarici İşlər Nazirliyi Fransa hökumətinə müraciət edərək, onları “ölkədə konstitusion hüquqlara hörmət etməyə” çağırıb.

“Fransada Prezident Emmanuel Makronun qərarı ilə əlaqədar əhalinin etirazlarına qarşı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həddindən artıq və qeyri-proporsional güc tətbiqini, bəzi hallarda etirazçılara qarşı qeyri-insani davranışları pisləyirik. Fransa hökumətini ölkədə fikir və sərbəst toplaşma azadlığı, dinc etiraz hüququ kimi konstitusion hüquqlara hörmət etməyə çağırırıq.

Hesab edirik ki, Avropa Şurası və beynəlxalq insan hüquqları təşkilatları Fransada aşırı zorakılıq hallarının araşdırılması və bu ölkənin öhdəlikləri çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsini tələb etməlidir”, – XİN mətbuat katibi Ayxan Hacızadə deyib.

Qeyd edək ki, Hacızadənin bu açıqlaması sosial şəbəkələrin Azərbaycan tərəfində istifadəçilər tərəfindən ələ salınıb.

Daha çox göstər
Back to top button