BaşlıcaSiyasət

İran saytı:  “Azərbaycan İsrail və Türkiyənin dəstəyi ilə Ermənistan-İran sərhədini ləğv etməyə çalışır”

Bakı hakimiyyəti İsrail və Türkiyənin köməyi ilə Ermənistanla İran arasında sərhədi kəsməyə çalışır. İranın “Mashreghnews” xəbər saytında dərc olunan məqalədə belə bir fikir təqdim olunub.

Sayt yazıb ki, Azərbaycan tərəfi Laçın dəhlizini bağlamaq və Qarabağ qazını kəsməklə Ermənistana təzyiq göstərmək və “Zəngəzur dəhlizi” yaratmaq məqsədini güdür.

Sayt əlavə edib ki, İran və Rusiya bu dəhlizin yaradılmasına qarşıdır, lakin Azərbaycan İsrail və Türkiyənin köməyi ilə Ermənistanla İran arasında sərhədi kəsməyə çalışır.

Həmçinin qeyd olunub ki, İran Araks sahilində keçirilən hərbi təlimlə bu məsələyə yanaşmasını ifadə edib və Tehranın məqsədi müharibə deyil, regionda sabit təhlükəsizliyin yaradılmasıdır.

Daha çox göstər
Back to top button