Başlıcaİctimaiyyət

Rosa Linnin “Snap” mahnısı milyard dəfədən çox yayımlanıb

Ermənistanı Eurovision 2022-də təmsil edən Rosa Linnin Snap mahnısı rəqəmsal platformalarda və radio stansiyalarında milyard dəfədən çox dinlənilib.

Mahnı 11 ölkədə platin statusu alıb.

Linn müsabiqədə 20-ci yeri tutsa da, Snap müsabiqənin tarixində ən çox yayımlanan beş mahnıdan biri oldu. “Eurovision”dan sonra mahnı TikTok-da, sonra isə Spotify-da populyarlaşdı.

2022-ci ilin dekabrında Snap mahnısı “Eurovision”un YouTube kanalında ən çox baxılan kliplər sırasına daxil edilib.

Snap mahnısının müəllifləri bəstəkarlar Rosa Linn, Larz Prinsipato, Kortni Harrel, Eli Kristanl, Tamar Martirosyan-Kapreliandır. Mətnin həmmüəllifləri Rosa Linn, Lars Prinsipato, Kortni Harrel, Eli Kristal, Tamar Martirosyan-Kaprelian, Ceremi Dyusuletdir.

Daha çox göstər
Back to top button