BaşlıcaSiyasət

“Əgər Azərbaycan yazda hücuma keçməsə, bu, Aİ missiyasının uğur qazanması anlamına gələcək”: Ritter

Almaniyanın “Deutsche Welle” nəşri Ermənistanla Azərbaycan arasındakı münasibətlərə toxunub.

Dərc olunmuş məqalədə bildirilir ki, 2020-ci ildə əldə edilmiş atəşkəs kövrəkdir və mülki əhali Azərbaycan tərəfindən eskalasiyadan qorxur.

Aİ-nin Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində yerləşən missiyasının rəhbəri Markus Ritter qeyd edib ki, bir çox ermənilər missiyanın yerləşdirilməsini məmnuniyyətlə qəbul etsələr də, onların müşahidəçilərinin Azərbaycan ərazisinə daxil olmasına icazə verilmir, ona görə də onlar məsələn, növbəti hücuma hazırlaşarkən qoşunların hərəkətini müşahidə edə bilmirlər.

“Bir çox ermənilər yazda Azərbaycan tərəfindən hücumun olacağına inanırlar. Əgər bu baş verməsə, bu, bizim missiyamızın artıq uğurlu olması demək olacaq”, – deyə o bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə cavab olaraq bildirib ki, guya Avropa İttifaqı Missiyası rəhbəri Ermənistan tərəfinin “yalan iddialarını” əsas tutur.

“Bu Missiyanın Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xələl gətirmək məqsədilə sui-istifadə edilməsinə imkan verilməməsinin zəruriliyi tərəfimizdən dəfələrlə vurğulanıb”,-deyə o qeyd etdi.

Daha çox göstər
Back to top button