BaşlıcaSiyasət

Bu o deməkdir ki, KTMT də müharibəyə qarışa bilər: Tigran Abrahamyan

“Şərəfim var” fraksiyasının katibi Tigran Abramyan KTMT Parlament Assambleyasının Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq daimi komissiyasının sessiyasında Azərbaycanın Dağlıq Qarabağda yaratdığı humanitar böhranın müzakirəsində çıxış edib.

“Hörmətli həmkarlar, mən sizin diqqətinizi KTMT-nin, Cənubi Qafqazın həyati maraqları zonasında baş verən hadisələrə cəlb etmək istəyirəm.

Bildiyiniz kimi, Azərbaycan KTMT-nin təsisçi üzvü olan Ermənistana qarşı ərazi tələbləri irəli sürür, bu tələblər yerinə yetirilmədikdə, Azərbaycan faktiki olaraq yeni müharibə ilə hədələyir.

Əliyev açıq şəkildə deyir ki, Ermənistan sülh şəraitində yaşamaq istəyirsə, Azərbaycanın şərtləri ilə sərhədləri delimitasiya etməlidir.

Bu isə KTMT üzvü olan Ermənistanın geniş ərazilərinə və bir çox yaşayış məntəqələrinə birbaşa Azərbaycanın nəzarəti deməkdir.

Əliyevin bu təhdidləri Ermənistana və Dağlıq Qarabağa qarşı təxribat xarakterli hərəkətlərlə müşayiət olunur.

Belə ki, son bir həftədə baş verən təxribatlardan birində çox təəssüf ki, erməni hərbçi həlak olub. Başqa bir halda azərbaycanlılar rus hərbçilərin maşınına atəş açıblar, nəticədə onlardan ikisi xəstəxanaya yerləşdirilib.

Dağlıq Qarabağda vəziyyət bundan qat-qat pisdir.

Son bir ayda təmas xəttinin Ermənistana məxsus hissəsində dinc əhaliyə atəş açılması, polis maşınının hədəfə alınması, nəticədə 3 nəfərin həlak olması ilə nəticələnən hallar qəydə alındı.

2020-ci il noyabrın 9-da imzalanmış üçtərəfli bəyanatın daha bir kobud şəkildə pozulması baş verdi. Azərbaycanlılar təmas xəttini keçərək belə bir sektorda irəliləyiblər ki, Artsaxın mühüm infrastrukturlarından biri olan qəsəbələrarası yolun funksionallığı pozulub.

Artsaxda yerləşən Rusiya sülhməramlı qoşunları vəziyyətə nəzarət etmək və atəşkəs rejimini saxlamaq üçün səylər göstərir, lakin problem siyasi həllər tələb edir.

Azərbaycan Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 44 günlük müharibədən sonra atəşkəs rejimini təsdiq edən üçtərəfli sənədlərini, sonrakı dövrdə müxtəlif formatlarda baş tutan görüşlərin razılaşmalarını nəinki pozur, həm də yeni tələblərlə çıxış edir və KTMT üzvü Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təhdid edir.

Son proseslərin dinamikası göstərir ki, Azərbaycan regionda yeni təcavüzə hazırlaşır və bu o deməkdir ki, KTMT də müharibəyə cəlb oluna bilər.

14 oktyabr 2016-cı il tarixli KTMT-yə üzv dövlətlərin liderlərinin Artsax məsələsi kontekstində gücdən istifadə etməmək və ya güc tətbiq etməklə hədələmə prinsipinin təsbit edildiyi birgə bəyanatını xatırlatmaq istərdim. Düşünürəm ki, hadisələrin bu gedişinin qarşısını almaq və Azərbaycanı bu cür fikirlərdən geri çəkilməyə məcbur etmək üçün konkret addımlar atmaq hamımızın vəzifəsidir”.

Daha çox göstər
Back to top button