BaşlıcaEkonomika

Nikol Paşinyan:  “2023-cü il üçün  ən azı 7 faiz iqtisadi artım təmin etməyi qarşımıza qoymuşuq”

Bu gün Baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə hökumətdə Ermənistanda iqtisadi artım tendensiyaları və inkişaf planları ilə bağlı məsləhətləşmələr keçirilib.

Mövzu ilə bağlı Baş nazir xüsusi qeyd edib:

“Statistika Komitəsinin ötən gün açıqladığı məlumatlara görə, Ermənistan yüksək iqtisadi aktivlik şəraitində qalmaqda davam edir.

Biz 2023-cü il üçün də iqtisadi artımını təmin etməkçün ən azı 7 faiz artım məsələsini qarşımıza qoymuşuq. Mən təklif edirəm ki, iqtisadi aktivlik göstəricisi ilə bağlı bəzi nüanslar müzakirə olunsun və iqtisadi fəaliyyətlə bağlı məqsədlərimizi təmin etmək mənasında qarşıdakı fəaliyyətlərimiz bir araya gətirilsin”.

Məsul şəxslər 2023-cü il yanvar-fevral ayları üzrə Statistika Komitəsinin əsas makroiqtisadi göstəricilər üzrə dərc etdiyi məlumatlara istinad ediblər.

Buna görə iqtisadi aktivlikdə yüzdə 10,9 artım qeyd edildi.

Tikinti işlərinin həcmi 13,2 faiz, xidmətlərin həcmi 23,5 faiz,

daxili ticarətin həcmi 18 faiz, xarici ticarətin həcmisə 77,7 faiz artıb.

İstehlakçı inflyasiya indeksi azalaraq 8,1 faiz təşkil edib. Qeyd olunub ki, Ermənistana kapital və işçi qüvvəsi axını davam edir.

Ölkənin Baş naziri yekun vuraraq, davamlı iqtisadi artımın təmin edilməsi istiqamətində aparılan ardıcıl işi vurğuladı və hökumətin qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsini diqqət mərkəzində saxlamağı tapşırıb.

Daha çox göstər
Back to top button