BaşlıcaSiyasət

İran Qafqazda sərhədlərin dəyişdirilməsinə imkan verməyəcək: İran Ordusunun Quru Qoşunlarının Komandanı

Azərbaycanın sərhəddəki hərəkətləri ilə bağlı bir sıra xəbərlərdən sonra İran Respublikası Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydəri bildirib ki, “Qafqazda çox həssas məsələlər var. Bunlardan biri də bu ölkənin sərhədlərində sionist rejim ünsürlərinin olmasıdır”.

ParsToday-in məlumatına görə, o, Bakıya müraciət edərək bildirib ki, İran sionist ünsürlərin region ölkələrində mövcudluğuna dözməyəcək və buna müqavimət göstərəcəkdir.

İran Ordusunun rəsmisi qeyd edib ki, digər problem Bakı ilə Ermənistan arasında gedən müharibə zamanı bölgəyə gətirilmiş suriyalı terrorçuların olmasıdır və bu ünsürlərin bölgəni tərk etməsi ilə bağlı heç bir tutarlı sübut yoxdur.

Heydəri əlavə etdi: “Üçüncü problem regionda dövlət sərhədinin dəyişdirilməsinin qanunsuzluğudur. İran qonşu ölkələrin sərhədlərinə hörmət edir və onların dəyişməsinə imkan verməyəcək”.

Daha çox göstər
Back to top button