BaşlıcaSiyasət

İran səfirliyi Azərbaycanın Xİ nazirliyinə şikayət məktubunu göndərib

İran İslam Respublikasının Bakıdakı səfirliyi Azərbaycan KİV-lərinin təhqiramiz hərəkətləri ilə bağlı Azərbaycan Xarici işlər nazirliyinə etiraz məktubu göndərib.

İran səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi xəbər verir ki, məktubda İranın Bakıdakı səfirliyi Azərbaycanın bəzi kütləvi informasiya vasitələrinin ədəbsiz və təhqiramiz hərəkətlərinin davam etməsinə etirazını bildirib.

“Azərbaycan Respublikasının bəzi kütləvi informasiya vasitələri tərəfindən ədəbsiz və təhqiramiz hərəkətlərin davam etməsindən sonra İran İslam Respublikasının Bakıdakı səfirliyi həmin ölkənin Xarici işlər nazirliyinə kəskin etiraz məktubu göndərərək bu prosesi dayandırmağa çağırıb. Eləcə də ona görə kompensasiya ödəməli olduğunu tələbedib” – deyə səfirliyin bəyanatında qeyd olunub.

İran səfirliyi daha sonra mətbuatda bu əxlaqsızlığın davam etməsinin iki ölkə arasında gələcək münasibətlər üçün mənfi və dağıdıcı nəticələri barədə xəbərdarlıq edib.

Daha çox göstər
Back to top button