
9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda Azərbaycan tərəfindən pozulmayan deyə demək olar ki, heç bir müddəa yoxdur. Ermənistan tərəfi hesab edir ki, tərəfdaşlar, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ və Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı missiya göndərməklə öz rolunu oynayacaq.
“Armenpress”in məlumatına görə, bu barədə ER xarici işlər naziri Ararat Mirzoyan Rumıniyanın xarici işlər naziri ilə görüşdən sonra verdiyi açıqlamada bildirib.
Görüşdə nazirlər Cənubi Qafqaz regionunda baş verənləri də müzakirə ediblər.
“Mən həmkarıma həm Ermənistan Respublikasının, həm də Dağlıq Qarabağ xalqının üzləşdiyi ontoloji çağırışlar və təhlükələr barədə məlumat verdim. Təəssüflər olsun ki, 2022-ci ilin dekabr ayından Laçın dəhlizinin bağlanması, hədə-qorxu gəlməsi, eləcə də Azərbaycanın digər əməlləri Dağlıq Qarabağın erməni əhalisini öz evlərini tərk etməyə məcbur etmək məqsədi daşıyır. Sistemli etnik təmizləmə siyasəti Azərbaycanın beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ əhalisinin hüquqları və təhlükəsizliyi məsələsini həll etmək çağırışlarına cavabıdır”, – deyə Mirzoyan bildirib.
Xarici işlər naziri Beynəlxalq Məhkəmənin Azərbaycanı Laçın dəhlizi ilə hər iki istiqamətdə hərəkəti təmin etmək üçün bütün addımları atmağa məcbur edən qərarını da xatırladıb.
“Laçın dəhlizinin qanunsuz bağlanması 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın yeganə açıq şəkildə pozulması deyil. Bəyanatda Azərbaycan tərəfindən pozulmayan müddəa demək olar ki, yoxdur. Azərbaycan erməni hərbi əsirləri davamlı olaraq girov kimi saxlamaqla, habelə Ermənistanın suveren ərazisindən ekstraterritorial dəhliz yaradılmasını tələb etməklə məcburi köçkünlərin və qaçqınların Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarın nəzarəti altında Dağlıq Qarabağa və qonşu rayonlara qayıtmasını təmin etmir”, – XİN rəhbəri bildirib.
Mirzoyan vurğulayıb ki, Azərbaycan Ermənistanın 150 kvadratmetrə yaxın ərazisini işğal edərək ən yüksək səviyyədə nifrət nitqini, habelə mütəmadi təcavüzkar hərəkətlərini davam etdirir.
“Biz inanırıq ki, tərəfdaşlarımız, beynəlxalq ictimaiyyət Laçın dəhlizinə və Dağlıq Qarabağa beynəlxalq faktaraşdırıcı missiya göndərməklə, müvafiq alət və mexanizmlərdən istifadə etməklə mühüm rol oynayacaq”, – Mirzoyan bildirib.
Mirzoyan vurğulayıb ki, bütün çətinliklərə baxmayaraq, Ermənistan Azərbaycanla dialoqu davam etdirir, Ermənistanın regionda sülh və sabitliyə nail olmaq üçün güclü siyasi iradəsi var.







