Başlıcaİctimaiyyət

Yerevanda qonaqpərvərlik və turizm sənayesi liderlərinin ilk beynəlxalq konfransı keçiriləcək

Yerevanda qonaqpərvərlik və turizm sənayesi liderlərinin ilk beynəlxalq konfransı keçiriləcək. Tədbir aprelin 5-dən 6-dək “Alexаnder” otelində baş tutacaq.

Konfransda mehmanxanaçılar, restoranlar, şərabçılar, fermalar, HoReCa üçün mal və xidmət təchizatçıları, tədbir şirkətləri və turizm agentlikləri bir araya gələcək.

Tədbir çərçivəsində otel, restoran və turizm sənayesinin peşəkar mütəxəssisləri çıxış edəcəklər. Konfrans iştirakçılar üçün sektor bilik və bacarıqlarına yiyələnmək, eləcə də mühüm işgüzar əlaqələrin qurulması baxımından əvəzolunmaz mühit olacağını vəd edir.

İştirakçılar üçün xüsusi sənaye və təkmil kurslar nəzərdə tutulub.

Konfrans haqqında ətraflı məlumat və iştirak şərtləri haqqında ətraflı məlumatı bu linkdən əldə etmək olar.

Daha çox göstər
Back to top button