
Ermənistanda yerləşən Cənub Hərbi Dairəsinin (SMR) hərbi bazasının əməliyyat-taktiki və ordu aviasiya ekipajları təlim uçuşları həyata keçirəcək və bu uçuşlar zamanı qış hazırlıq dövrü yoxlanışı çərçivəsində bir sıra tapşırıqları yerinə yetirəcəklər.
Aldığımız məlumata görə, bu barədə Rusiya Federasiyasının Müdafiə nazirliyi məlumatlandırıb.
Məlumata görə, MiQ-29 çoxməqsədli qırıcılarının pilotları hava döyüşlərinin atışması, aerodrom ərazisinin müdafiəsi və hava hədəflərinin ovlanması üzərində işləyəcək.
“Mi-8MTV-5 və Ka-52 helikopterlərinin ekipajları şərti düşmənin canlı qüvvə və texnikasını imitasiya edərək yer hədəflərini vuracaq, ehtiyat aerodromda yenidən qruplaşacaq, həmçinin “Alağyaz” və “Kamxud” yüksəklikdəki hərbi baza hissələri ilə əməkdaşlığı inkişaf etdirəcək.
Bundan əlavə, hərbçilər xəsarət almış hərbçilərin axtarışını və təxliyyəsini həyata keçirəcək, həmçinin axtarış-xilasetmə əməliyyatları üzrə bacarıqlarını artıracaqlar” – deyərək RF MN məlumatında bildirilir.
İdarədən əlavə edilib ki, ordunun və əməliyyat-taktiki aviasiyanın bütün təlim uçuşları gündüz və gecə saatlarında cüt, kiçik qruplar və eskadrilyalar şəklində həyata keçiriləcək.
Yoxlama çərçivəsində mühəndislik şöbəsinin də işi qiymətləndiriləcək.







