BaşlıcaSiyasət

Azərbaycan Ermənistana qarşı əsassız ittihamlar səsləndirməkdə davam edir

Azərbaycan Ermənistana qarşı əsassız ittihamlar səsləndirməkdə davam edir, guya Ermənistan bu dəfə “minatəmizləmə sahəsində əməkdaşlıqdan imtina edir”.

“Qanunsuz mina yerləşdirən və onların zərərsizləşdirilməsində əməkdaşlıqdan imtina edənlər, o cümlədən Ermənistan məsuliyyətə cəlb edilməlidir. Biz bu hərəkətlər nəticəsində böyük insan tələfatına son qoymalıyıq”, – deyə Azərbaycan Xarici İşlər Nazirliyi Twitter səhifəsində yazıb.

Xatırladaq ki, Bakıda əsirlərin geri qaytarılmamasına və digər cinayətlərə bu yolla “haqq qazandırırlar”. Əsində isə, Artsaxda və Ermənistan və Azərbaycan sərhədlərində mövcud olan mina təhlükəsi eyni dərəcədə Azərbaycanın özü tərəfindən yaradılıb. Üstəlik, münaqişənin özü Azərbaycan hakimiyyətinin Artsax və Ermənistana qarşı təcavüzkar siyasətinin nəticəsidir. Birinci müharibədə olduğu kimi, sonra da Azərbaycan silahlı qüvvələri minalanmış sahələri yaradıb və indi də məsuliyyəti Ermənistan tərəfinin üzərinə atır.

Daha çox göstər
Back to top button