ArtsaxBaşlıcaSiyasət

ER xarici işlər nazir muavini italiyalı həmakrı ilə Laçin dəhlizinin bağlanmasını müzakirə edib

Aprelin 4-də Yerevanda Ermənistan Respublikası və İtaliya Respublikasının Xarici İşlər Nazirlikləri siyasi məsləhətləşmələrin növbəti mrəhələsi keçirib. Erməni tərəfdən məsləhətləşmələrə ER xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan, İtaliya tərəfdən isə İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirieli rəhbərlik edib.

Bu barədə məlumatı XİN yayıb.

Tərəflər fevral ayında Romada keçirilmiş son məsləhətləşmələrin nəticələrini müzakirə edib və iki ölkə arasında siyasi dialoqu yüksək qiymətləndiriblər. Görüş zamanı ikitərərəfli məsələlərin geniş spektri, o cümlədən Ermənistan və İtaliya arasında iqtisadi əlaqələrin genişləndirilməsi yolları, eləcə də mədəniyyət, təhsil, elm və bir sıra digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.

Paruyr Hovhannisyan italiyalı həmkarına regiondakı çağırışları və sülhün bərqərar olması istiqamətində Ermənistanın əylərini təqdim edib.

Azərbaycanın təcavüzkar hərəkətlərinə, o cümlədən azərbaycanlılar tərəfindən Laçın dəhlizinin qeyri-qanuni şəkildə bağlanması nəticəsində Dağlıq Qarabağda baş vermiş son humanitar böhrana toxunan nazir müavini qeyd edib ki, Azərbaycanın münasibəti Cənubi Qafqazda sabitliyin və sülhün bərqərar olması səylərini tamamilə pozmağa yönəlib.

Bu kontekstdə nazir muavini Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral tarihli qərarının icrasının əhəmiyyətini vurğulayaraq, Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsinin vacibliyini vurğulayıb.

Daha çox göstər
Back to top button