
Bakı öz siyasi mövcudluğunu qorumaq üçün Tehranla gərgin münasibətlər saxlayır, çünki keçmiş İran əyaləti və Sovet İttifaqının keçmiş hissəsi kimi milli mənlik böhranı yaşayır.
Belə bir fikri iranlı ekspert Fərşad Adali “İrdiplomatiya” analitik saytında dərc olunan məqaləsində bildirib.
Ekspertin fikrincə, tarixən indiki Azərbaycan ərazisi İranın mədəniyyət ərazisinə daxil idi.
“Sovet İttifaqının dağılmasından sonra bir gecədə müstəqil olan o, siyasi varlığını qorumaq üçün İranı tərk etməli oldu”, – Adali qeyd edib.
Məqalə müəllifi sözünə davam edərək əlavə edib ki, Bakının İrandan uzaqlaşmaq istəyi Azərbaycanın İranın düşməni İsraillə hərbi ittifaq imzalamasına səbəb olub.
“Başqa nöqteyi-nəzərdən, İsrail özünü Qərbi Asiyada ağır bir ölkə kimi təsdiqləməyi planlaşdırır və bunun üçün siyasi səylərlə yanaşı, regionun iqtisadi təşəbbüslərində mühüm rol oynamaq və bununla da birləşdirici halqaya çevrilmək niyyətindədir”- deyərək İranlı ekspert vurğulayıb.
Adali həmçinin vurğulayıb ki, xarici anti-İran hərəkətləri ilə yanaşı, pantürkist “sionist” ünsürlər daxildə İrana zərər vurmaq üçün addımlar həyata keçirir.







