
Ermənistan Respublikası ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında 92,300,000 avro dəyərində “Yaşıl, Davamlı və İnklüziv İnkişaf Siyasəti Krediti” büdcə dəstəyi krediti sazişi imzalanıb.
ER Maliyyə Nazirliyindən verilən məlumata görə, sazişi ER maliyyə naziri Vahe Hovhannisyan və Dünya Bankının Ermənistan nümayəndəliyinin direktoru Karolin Geginat imzalayıblar.
Büdcəyə dəstək vəsaitləri “Ermənistan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” ER Qanunu ilə müəyyən edilmiş kəsirin maliyyələşdirilməsinə yönəldiləcək.
Layihə aşağıdakı prosesləri həyata keçirməyi planlaşdırır:
İqlim dəyişikliyinə uyğunlaşmanın təşviqi və ətraf mühitin idarə edilməsi üçün normativ bazanın təkmilləşdirilməsi,
Bərabərliyin gücləndirilməsi və insan kapitalının inkişafının təşviqi,
Korrupsiyaya qarşı mübarizə çərçivəsinin və ədliyyə sektorunun effektivliyinin artırılması.







