Türkiyə Hayfayda şəhər Meydanına Erməni Soyqırımı qurbanları adının verilməsinə etiraz edib

Türkiyənin İsraildəki səfiri Hayfadakı meydanlardan birinə Erməni Soyqırımı qurbanlarının xatirəsinə adının verilməsinə etiraz edib.
Çoxlu etnik ermənilərin yaşadığı İsrailin şimal şəhəri Birinci Dünya Müharibəsi vəhşiliklərini bu şəkildə tanıyan ölkənin ilk icmasıdır.
“The Times of Israel” yazır ki, ad dəyişikliyi martın 20-də qüvvəyə minib.
“Təşəbbüs İsrail və Türkiyə xalqları və hökumətlərinin yaxşılaşdırmaq istədikləri əlaqələri pisləşdirməklə təhdid edir” – deyə Şakir Özkan Torunlar Hayfa meri Einat Kaliş-Rotemə yazdığı məktubda qeyd edib.
Torunlar məktubunda bələdiyyə başqanından meydanın adlandırılaraq soyqırımı anma qərarının ləğv edilməsini tələb edib və Türkiyənin rədd mövqeyini bir daha bəyan edərək, “Türk millətinin tarixində belə bir soyqırım olmayıb” deyib.
İsrailin üçüncü böyük şəhəri olan Hayfada ölkədəki 15 000 etnik erməninin təxminən yarısı yaşayır və şəhərin Ben Qurion prospekti boyunca Erməni Soyqırımı Meydanının açılışı yerli İsrail hökumətinin vəhşilikləri ikinci dəfə etiraf etməsidir. 2020-ci ildə Təl-Əvivin yaxınlığındakı Petah Tikvada qurbanların xatirəsinə bir abidə açıldı, sonradan Şarl Aznavur Parkı adlandırıldı.
O, əlavə edib ki, türk diplomatları şəhər üzərinə proqramdan imtina etmə naminə “təzyiq göstərməkçün çox çalışmışlar”







