
Aprelin 10-da Ermənistan ərazisində Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçusu aşkar olunaraq həbs edilib. Aldığımız məlumata görə, bu haqda Ermənistanın Müdafiə nazirliyi məlumatlandırıb.
“Aprelin 10-da saat 01:00-dan 02:00-a olan radələrdə Ermənistan Respublikası ərazisində Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçusu aşkar edilərək olunub.
Onun sözlərinə görə, onun yanında daha bir əskər olub, əməliyyat-axtarış tədbirləri davam edir” – deyərək Müdafiə nazirliyinin bəyanatında bildirilib.
Azərbaycan Müdafiə nazirliyi tərəfindən verilən məlumata görə, görmə məsafəsinin məhdudlaşdırılması və əlverişsiz hava şəraiti səbəbindən Azərbaycan silahlı qüvvələrinin iki hərbi qulluqçusu Naxicevan istiqamətində azıbdır.







