
Bu gün günortadan sonra Müdafiə nazirliyi məlumat yayıb. Məlumata görə, aprelin 10-da saat 01:00-02:00 radələrində Ermənistan Respublikası ərazisində Azərbaycan silahlı qüvvələrinin bir əsgəri aşkar edilərək həbs olunub.
Nazirlikdən verilən məlumata görə, saxlanılan şəxsin sözlərinə görə, onun yanında daha bir əskər olub, əməliyyat-axtarış tədbirləri davam etdirilməkdədir.
Daha əvvəl Bakı iki azərbaycanlı hərbçinin Naxicevanın Şahbuz rayonu istiqamətində “əlverişsiz hava şəraitində və görmə qabiliyyətinin məhdudluğu şəraitində” azdığını bildirib.
Bununis kəndinin sakinləri də azərbaycanlıların gözlənilməz səfəri ilə bağlı bəzi təfərrüatlar danışıblar.
Vətəndaşlar Sünik bölgəsinin Sisyan icmasının Aşotavan qəsəbəsinə daxil olan azərbaycanlını zərərsizləşdirərək yaxalayıblar.
Sisyanın icma rəhbəri Armen Hakobcanyan “Radiolur”la söhbətində insidentin bir çox təfərrüatlarını açıqlamayıb, bu məsələlərlə müvafiq qurumların məşğul olduğunu əsaslandırıb.
– Onu Aşotavan kəndində tutdular, kəndin oğlanları tutdular, indi həmin azərbaycanlı hüquq-mühafizə orqanlarının əməkdaşlarının yanındadır.Bu qədər.
Qalanları ermənicə danışıb, nəbilim nə edib, xahiş edirəm təhrif etməyin. Mənim sözlərim sizə istiqamətlənməyib.Sizin kolleqalarınızaünvanlanmayıb.Belə şey etməyin. O, ermənicə danışmayıb.O, ermənicə bilmir.Erməni dilini bilmir.
– O, aqressiya nümayiş etdirmədimi?”
– Qətiyyən, ac olub, yeməyə çörək tapmaq üçün evə girib, pal-paltar axtarıb. Cəmi bunlar olub. Bir evə girib, ikinci evə girərkən yaxalanıb. Biri tayı qalıb, onu da axtarırlar, tezliklə tutarlar.
– Bəs kənddəki vəziyyət?
– Mən indi kənddəyəm, elə bir şey yoxdur, hər şey normaldır.
Artıq internetdə 2 Azərbaycan əsgərindən birinin sakinlərdən birinin evində necə tapılmasının videosu yayılıb. Videoda onun öz evinin yanında tikilinin olduğu, azərbaycanca söhbətin səsləndiyi görünür.
Videoda azərbaycanlı 3 gündür Ermənistan ərazisində olduğunu və meşədə gizlənməli olduğunu deyir. Söhbətdən o da məlum olub ki, azərbaycanlının əlində bıçaq olub.
Bundan əvvəl azərbaycanlıların yaxınlıqdakı Aşotavan, Bnunis kəndinə də daxil olması barədə məlumat yayılıb və təsdiqlənib. Sünik marzının Sisian icmasının Bnunis qəsəbəsinə daxil olan yad şəxslər Artsaxdan köçmüş bir ailənin evinə girməyə cəhd ediblər. Bunu artıq “24News”a Bnunis-in keçmiş lideri Alik Mkrtçyan özünə çatan məlumatı təqdim edərək qeyd edib.
“Ev kəndin başlanığıc hissəsindədir. Orada Artsaxdan köçmüş ailə yaşayır. Yad adamlar qapını döyüb, sakin qapını açıb. Ailə üzvləri yad adamları görəndən sonra onları silahla geri atıblar”.
Bnunis qəsəbəsinin inzibati rəhbəri Qor Hovhannisyan bildirib ki, hadisə 3 gün əvvəl, səhərə yaxın saat 5:00 radələrində baş verib.
Azərbaycan Müdafiə nazirliyindən verilən məlumata görə, əlverişsiz hava şəraiti və görmə qabiliyyətinin məhdudlaşması səbəbindən Azərbaycan silahlı qüvvələrinin iki əskərləri Naxicevan istiqamətində azıblar.
Parlamentin “Pativ unem” fraksiyasının katibi Tiqran Abramyan sosial şəbəkədə baş vermiş insidentlə bağlı yazıb:
“Maraqlıdır ki, Aşotavan Naxicevanla sərhəddindən 19-20 km aralıda düz xətt və avtomobilyolu,təbii ki, daha çox, Bnunis – təqribən 15-16 km uzaqlıqda yerləşir.
Azərbaycanlıların sərhəd bölgəsindən keçməsinin necə qeydə alınmaması, ölkənin daxili təhlükəsizliyinə cavabdeh olan digər strukturlar tərəfindən necə qeydə alınmaması problemin yalnız bir hissəyə aid məsələdir. 19-20 km dərinliyə nüfuz etmə şəraitindəsə, bu, tamam başqa ölçüdə problemdir.
Artsax Prezidentinin keçmiş müşaviri Tiqran Abrahamyan, deputat Tiqran Abramyan isə bir mütəxəssis kimi şərh verməyə tələsmir, çünki o qeyd edir ki, hadisənin bütün təfərrüatları hələlik məlum deyil. Deputatın sözlərinə görə, qeyri-rəsmi kanallar vasitəsilə daxil olan məlumatlara əlavə düzəlişlərə ehtiyac duyulur.







