İctimaiyyət
Xarici kartı olan rusların 6%-i erməni kartına üstünlük verib

İndi hər onuncu rusiyalı xarici bank kartına malikdir, onların 6%-i Ermənistan maliyyə institutlarına üstünlük verib. Bu barədə “Anderida Financial Group”un araşdırmasında bildirilib.
“Əldə etdiyimiz məlumata görə, xarici bank kartları olan rusların payı 11%-i keçib. Xatırladaq ki, bir il əvvəl onların sayı 3%-dən çox deyildi. Bizim proqnozlarımıza görə, bu il xarici banklarda kart emissiya edən rusların payı 15%-ə çatacaq”.
Qeyd olunur ki, xarici kredit təşkilatının kartı üçün müraciət edən rusiyalıların təxminən üçdə biri Qazaxıstan banklarını (36%), daha 16 faizi isə Türkiyənin banklarını seçib.
Ruslar Gürcüstanda, Ermənistanda, Belarusda kart açıb. Tacikistan, Özbəkistan və Qırğızıstan ümumilikdə 12% paya malikdir.







