
Ermənistan və Türkiyə arasında yazın əvvəlində üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün Ermənistan-Türkiyə sərhədinin açılmasına dair razılaşma var. Aldığımız məlumata görə, bu haqda parlamentdə jurnalistlərlə söhbətində ER parlamentinin sədr müavini Ruben Rubinyan deyib.
“Razılıq var ki, bu ilin yayın əvvəlində üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün quru sərhədi açılsın.
Erməni tərəfi “Marqara” keçid məntəqəsini təchiz etmək üzərində işləyir. Planın icrasına hazır olmaq üçün işlər görülür və tənzimləmələri qeyd edilib.
Türkiyə tərəfi də buna hazırlaşdıqlarını bildirir.Hər halda razılaşmanın qüvvədə olmadığına dair heç bir iddia yox idi” – deyərək Rubinyan bildirib.







