
Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Sarqis Xandanyan aprelin 10-da Ermənistan ərazisində peyda olan azərbaycanlı hərbçilərin bu ölkədə saxlanılan erməni əsirlərlə dəyişdirilməsinin mümkün olub-olmaması məsələsinə toxunub.
“2020-ci il noyabrın 9-da olan üçtərəfli bəyanatda aydındır ki, bütün hərbi əsirlər və digər məhbuslar dərhal geri qaytarılmalıdır.
Azərbaycan isə iki ildən artıqdır ki, bu tələbi yerinə yetirmir. Biz insan həyatı ilə bağlı danışıqlar aparmırıq və bizim tələbimiz Azərbaycançün aydındır: bütün saxlanılanlar dərhal geri qaytarılmalıdır” – deyə Xandanyan Miparlamentdə jurnalistlərlə söhbətində bildirib.
O, həmçinin qeyd edib ki, Azərbaycan silahlı qüvvələrin əskərlərinin Ermənistana gəlməsi məsələsi “KP” fraksiyasında müzakirə olunmayıb.
Aprelin 10-da saat 01:00-02:00 radələrində Ermənistan ərazisində Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçusu aşkar edilərək həbs edilib.
Onun sözlərinə görə, onun yanında daha bir əskər olub, əməliyyat-axtarış tədbirləri davam etdirilir.







