BaşlıcaSiyasət

Toivo Klaar Arstax münaqişəsindən danışıb

Münaqişənin tarixini nəzərə alaraq, insanların nə olursa olsun, özlərini təhlükəsiz hiss etmələrini təmin edəcək bir növ təhlükəsizlik hazırlıqlarına ehtiyac olacaq. Bu barədə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Avropa Birliyinin Dağlıq Qarabağda sülhməramlıların yerləşdirib-yerləşdirməməsi barədə sualını cabalandıraraq bildirdi.

“Düşünürəm və bunu əvvəllər də açıq şəkildə demişəm ki, münaqişənin tarixini nəzərə alsaq, nə olursa olsun, insanların özlərini təhlükəsiz hiss etmələrini təmin edəcək bir növ təhlükəsizlik hazırlıqlarına ehtiyac olacaq. Ancaq tam ayrılmadan tam inteqrasiyaya gedə biləcəyimizi guman etmək üçün, mən hesab etmirəm ki, belə bir tarixə malik olan münaqişə üçün heç bir yerində işlənib. Ona görə də mən hesab edirəm ki, müzakirələ olmalıdır”,- deyə o qeyd etdi.

Xüsusi nümayəndəsinin sözlərinə görə, sülh sazişi ilə bağlı müzakirələr davam edir, mətnlər mübadiləsi aparılıb.

“Deməzdim ki, proses durdu, bu, irəli sürülməsi lazım olan bir prosesdir, amma bu gün də gündəmə gətirilən sual budur ki, sülh sazişindən sonra nə baş verəcək, hərtərəfli sülhü necə təmin edəcəyik. Sülh müqaviləsinin olması bir şeydir, amma nəticədə bu münaqişədən irəli gələn bu məsələlər öz həllini tapmalıdır”.

Daha çox göstər
Back to top button