
Teğ kəndi ərazisində mühəndis işləri aparan erməni hərbçilərinə Azərbaycanın hücumu zamanı Avropa Birliyinin Ermənistanda yerləşən müşahidə missiyasının nümayəndələri həmin ərazidə olmayıb.
Onlar aprelin 11-də səhər saatlarında, hücum hələ başlamamış vaxtda həmin ərazidə monitorinq keçiriblər.
Jurnalist AB-nin mətbuat xidmətinə sorğu göndərərək, AB-nin Ermənistandakı müşahidə missiyasının aprelin 11-də baş vermiş Azərbaycan təxribatı ilə bağlı AB-ni xəbərdar edib-etməməsi və AB rəhbərliyinin Azərbaycana cavabının necə olması ilə bağlı sual ünvanlayıb.
Bu barədə AB diplomatik xidmətinin mətbuat departamentindən aşağıdakı məlumatı bildirib.
“Aprelin 11-də səhər saatlarında Aİ-nin Ermənistandakı missiyası öz mandatı çərçivəsində Teğ və Kornidzor kəndləri ərazisində vaxtaşırı patrul xidməti həyata keçirib.
Lakin hadisə baş verən zaman onlar həmin ərazidə olmayıblar. Axşam saatlarında , Atışmalarla bağlı missiyaya Ermənistan hakimiyyəti tərəfindən məlumat verilib”.
Aprelin 11-də saat 16:00 radələrində Ermənistan Respublikası ərazisində, Syünik bölgəsinin Teğ kəndi ərazisində Azərbaycan silahlı qüvvələrinin bir qrup əsgəri sərhəd dislokasiyasını tənzimləmək adı ilə ER Silahlı qüvvələrinin hərbiçilərinə yaxınlaşıb. Onları odlu silahla təxribat edib, sonra isə müxtəlif çaplı silahlardan Ermənistan Silahlı qüvvələrinin hərbçiləri və mövqeləri istiqamətində atəş açılıblar.
Azərbaycanın təxribatı nəticəsində Ermənistan tərəfinin 4 itkisi və 6 yaralısı var. Aprelin 12-si saat 08:00-a olan məlumata görə, cəbhə xəttində vəziyyət nisbətən stabil olaraq qalır.







