BaşlıcaSiyasət

Baş nazir: “Azərbaycan ordusunun əsgərləri  öz mövqelərindən qaçımağa üz tutub”

Baş nazir Nikol Paşinyan Ermənistanda peyda olunan Azərbaycan silahlı qüvvələrinin iki əskərinin  işi ilə bağlı təfərrüatları təqdim edib.

“Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olur ki, Azərbaycan ordusunun əsgəri digər əsgər yoldaşları tərəfindən təzyiq və təhqirlərə məruz qalaraq öz əsgər yoldaşı ilə birlikdə sadəcə olaraq mövqelərini tərk edib.

Onun Azərbaycana qayıtmaq istəməsi qətiyyən fakt deyil, çünki beynəlxalq aləmdə qəbul olunmuş öhdəliklərə görə, belə vəziyyətlərdə olan şəxs geri qayıtmaq istəmirsə, biz onu sadəcə olaraq zorla geri qaytara bilmərik.

Bizdə olan məlumata görə, hələ də axtarılan ikinci əsgər sərhədi keçəndən çox keçməmiş sərhəd kəndində peşman olduğunu və geri qayıtmaq istədiyini bildirib” – deyə, hökumətin sual-cavab iclasında  Paşinyan qeyd edib.

Aprelin 10-da saat 01:00-02:00 radələrində Ermənistan Respublikası  ərazisində Azərbaycan silahlı qüvvələrinin əskəri aşkar edilərək həbs edilib.

Əskərin sözlərinə görə, onun yanında daha bir hərbçi olub, belə ki, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daha çox göstər
Back to top button