
Aprelin 11-də Artsax Respublikasının Xarici işlər naziri Sergey Ğazaryan Yerevana rəsmi səfərə gəlmiş Lion şəhərinin meri Qriqori Duceni və onun başçılıq etdiyi nümayəndə heyətini, Ermənistan Respublikasında Artsax Respublikanın daimi nümayəndəliyində qəbul etmişdir.
Həmsöhbətlər müharibədən sonra Artsax ətrafında vəziyyəti müzakirə etmiş və Artsaxın blokadası nəticəsində yaranan humanitar problemlərə toxunmuşlar.
Lion meri Artsax xalqına qeyd-şərtsiz dəstəyini təklif etmiş, blokadanın dərhal dayandırılmasının vacibliyini vurğulamışdır.
Sergey Ğazaryan qeyd etmişdir ki, Artsax xalqı Fransanın Artsaxa qarşı səmimi və dost münasibətini yüksək qiymətləndirir və görüşün təşəbbüskarı olduqları üçün onlara təşəkkür edir.







