
“Teğ kəndində Azərbaycanın həyata keçirdiyi təxribatla silsilə hücumlarını davam etdirərək Ermənistanın ərazi bütövlüyünə növbəti qəsd edib”
Alınan məlumata görə, belə bir bəyanatla Ermənistanın xüsusi təyinatlı səfiri Edmon Marukyan çıxış edib.
“Azərbaycanın həyata keçirdiyi təxribat Ermənistan Respublikasının ərazi bütövlüyünə növbəti qəsddir.
Azərbaycanın bu siyasəti yenilik deyil. 2021-ci ilin may və noyabr aylarında Ermənistan Respublikasına qarşı həyata keçirilən hücumların bir başa davamıdır.
2022-ci ilin sentyabrında olduğu kimi, bunun nəticəsində Azərbaycan Ermənistanın suveren ərazilərini işğal edib” – deyərək Marukyan Twitter-də yazıb.
Yazıya əlavə olaraq, o, Ermənistan Respublikası Müdafiə nazirliyinin dərc etdiyi videonu yerləşdirib, orada azərbaycanlı əskərlərin maşınla Ermənistan Respublikası Silahlı qüvvələrinin mühəndis işləri görən hərbçilərinə necə yaxınlaşdığını və onların istiqamətində atəş açdığını görmək olar.
Azərbaycanın təxribatları nəticəsində 4 itki və 6 yaralı var.







