
Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə beynəlxalq təminatlar lazımdır. Bunu ER XİN başçısı Ararat Mirzoyan deputatlarla sual-cavab zamanı bildirib.
Onun sözlərinə görə, bütün bu nizamlanma üçün beynəlxalq təminatlar, mübahisələrin konkret həlli mexanizmləri lazımdır.
“Düşünürəm ki, beynəlxalq ictimaiyyət nümayəndələrinin iştirakı, xüsusən də BMT ofisinin iştirakı lazım olunacaq. Azərbaycanın ritorikası və təcavüzkar siyasəti aydın şəkildə göstərir ki, hətta Dağlıq Qarabağda da sülhməramlı qüvvələrə ehtiyac var”, – deyə XİN rəhbəri bildirib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət üçün geniş fəaliyyət spektri mövcuddur. Bu, həm nizamlanma prosesinə, həm də gələcəyə aiddir.







