
İki yerə bölünmüş erməni cəmiyyəti bayrağın məşhur tarixindən bəhs edərkən, Türkiyədə idmançılarımızın sayəsində üçrəngli bayrağımız iki dəfə yüksəldi, himnimiz səsləndirildi.
Bu haqda “ Barqavac Hayastan”(Çiçəklənən Ermənistan) fraksiyasının sədri Qaqik Tsarukyan Facebook səhifəsində yazıb.
“Artur Davtyan Türkiyədə gimnastika üzrə Avropa çempionatında qızıl medal qazandı, Vahaqn Davtyan isə Avropanın vitse-çempionu oldu. Oğullarımızı təbrik edirəm.
Bunu niyə xüsusən vurğulayıram? Çünki bu, bir daha sübut edir ki, tapşırığa düzgün əməl etsəniz, səriştəli yanaşsanız, yaxşı iş görsəniz, uğur mütləq olacaqdır.
Həm də yalnız idmanda deyil. Yaxşı bir şüar var idi: Bizim sözümüz hərəkətdir” – deyərək o, yazıb.







