
Aprelin 11-də Syünik bölgəsinin Teğ kəndində Azərbaycanın təxribatı nəticəsində yaralanan 6 hərbçinin müalicəsi zamanı müsbət irəliləyişlərimiz var. Bu barədə jurnalistlə söhbətində ER Müdafiə nazirliyinin mətbuat katibi Aram Torosyan məlumatlandırıb.
“Vəziyyəti ilkin olaraq son dərəcə ağır olan hərbçinin vəziyyəti artıq ağır qiymətləndirilir və yaxın günlərdə palataya köçürülməsi nəzərdə tutulub”- deyə Aram Torosyan bildirib.
Xatırladaq ki, aprelin 11-də Teğ sərhəd kəndində Azərbaycan tərəfindən təxribat baş verib. Azərbaycan silahlı qüvvələrinin əskərləri maşınla Ermənistan Respublikası Silahlı qüvvələrinin mühəndis işləri aparan hərbçilərinə yaxınlaşaraq istiqamətə atəş açıblar
Təxribat nəticəsində Ermənistan tərəfinin 4 itkisi və 6 yaralısı var.







