Ən yaxşı film və ən yaxşı orijinal ssenari. Erməni “Yazdır…” film Boston Beynəlxalq Film Festivalının qalibi oldu

Boston Beynəlxalq Film Festivalında “Yazdır…” film ən yaxşı film və ən yaxşı orijinal ssenari nominasiyalarında qalib gəldi. Festival aprelin 13-dən 18-dək baş tutub.
“Yazdır…” filmin rejissoru Roman Muşeğyan, ssenari müəllifi Harut Qukasyandır. Filmin baş qəhrəmanları üçdür: baba, oğul, nəvə. Üç nəsil, hər biri bugünkü cəmiyyətin düşüncə tərzini əks etdirən müxtəlif şəxsiyyətlərə malik üç insan. Baba Aram bütün həyatını dövlət quruculuğu işinə həsr etmiş peşəkar hərbçi, keçmiş polkovnikdir. Oğlu Gnel iş adamıdır. vətəni ailədən üstün tutduğu üçün atasını bu günə kimi bağışlamır. Nəvəsi Levon babasının ideologiyasından ilham alan virtuoz musiqiçidir. Lakin qəhrəmanın həyatında gələcəyi ilə vətənə borcun toqquşması filmin əsas konfliktini yaradır…
Ermənistanda gözlənilməz müharibə üç nəslin dincliyini pozur. Film zamanı bir ailənin hekayəsi vasitəsilə bütöv bir xalqın faciəsinin şahidi oluruq.







