BaşlıcaSiyasət

2022-ci ildə Nikol Paşinyan və Vladimir Putin arasında 6 ikitərəfli görüş və 20 telefon danışığı olub

2022-ci ildə Ermənistan Respublikası Rusiya Federasiyası ilə siyasi, iqtisadi, hərbi, təhlükəsizlik və digər istiqamətlərdə əməkdaşlığı genişləndirməkdə davam edib.

Alınan məlumata görə, bu haqda  ER hökuməti 2022-ci il proqramının (2021-2026-cı illər) gedişatı və nəticələrinə dair hesabatında qeyd edib.

Məlumatda qeyd olunur ki, diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı tədbirlər keçirilib.

ER Baş naziri Nikol Paşinyanın RF-na rəsmi səfəri 19-20 aprel 2022-ci ildə keçirilib. Səfər zamanı aşağıdakı ikitərəfli sənədlər imzalanıb:

   “Ermənistan Respublikasının Əmək və sosial işlər nazirliyi ilə Rusiya Federasiyasının Əmək və sosial məsələlər nazirliyi arasında sosial və əmək sahəsində əməkdaşlıq haqqında Memorandum”

   “2022-2023-cü illərdə Ermənistan Respublikası Ədliyyə nazirliyinin İcra xidməti ilə Rusiya Federasiyasının Məhkəmə İicraçıları Federal xidməti arasında” əməkdaşlıq proqramı,

Enerji və qeyri-enerji layihələri sahəsində Ermənistan-Rusiya əməkdaşlığının kompleks proqramı,

   “Ermənistan Respublikasının Qida Təhlükəsizliyinə nəzarət orqanı ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar nəzarəti Federal xidməti arasında bitki karantini sahəsində informasiya sistemlərinin inteqrasiyasına keçid haqqında Protokol”,

   “Ermənistan Respublikasının Təhsil, Elm, Mədəniyyət və İdman nazirliyi ilə Rusiya Federasiyasının Mədəniyyət nazirliyi arasında 2022-2025-ci illərdə mədəniyyət sahəsində əməkdaşlıq haqqında” proqramı,

   Ermənistan Respublikasının Ədliyyə nazirliyi ilə Rusiya Federasiyasının Ədliyyə nazirliyi arasında 2022-2023-cü illərdə. əməkdaşlıq proqramı,

   “Ermənistan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Saziş.

2022-ci il tiyulun 18-də olan  “Ermənistan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında “ArmRusqazprom” qapalı səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqısı haqqında 2013-cü il 2 dekabr tarixli Sazişdə dəyişiklik edilməsi haqqında” protokol və gələcək fəaliyyət şərtləri” imzalanıbdır.

Həmçinin qeyd edilir ki, Rusiya Prezidenti Vladimir Putin 2022-ci ilin noyabrında KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclası ilə əlaqədar Ermənistana səfər edib. 2022-ci il ərzində ER Baş naziri ilə RF Prezidenti arasında 6 ikitərəfli görüş və 20 telefon danışığı keçirilib.

2022-ci il ərzində ER Baş naziri ilə Rusiya Federasiyası Nazirlər Şurasının sədri Mixail Mişustin arasında 3 ikitərəfli görüş və 2 telefon danışığı, 2023-cü ilin əvvəlində isə daha 1 görüş keçirilib.

Rusiyaya rəsmi səfəri çərçivəsində ER  Baş naziri Nikol Paşinyan RF-na rəsmi səfəri şərçivəsində Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matvienko və Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə də görüşlər keçirib.

   2022-ci il ərzində Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrovu həmçinin qəbul edib.

2022-ci ilsentyabrın 19-da Yerevanda  “Ermənistan-Rusiya əməkdaşlığı, yeni çağırışlar və imkanlar” rəmzini daşıyan Ermənistan-Rusiya biznes dialoqu keçirilib.

Ondan  sonra ER Baş nazirinin müavini Mher Qriqoryan və RF Baş nazirinin müavini Aleksey Overçuk ER hökuməti və RF hökuməti arasında 2022-2025-ci illər üçün iqtisadi əməkdaşlıq proqramını imzaladılar.

2022-ci il dekabrın 22-23-də Moskvada iki ölkənin Baş nazir müavinlərinin həmsədrliyi ilə ER və RF arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 21-ci iclası keçirilib.

2022-ci ildə ER Xarici işlər naziri Ararat Mirzoyan və Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrov arasında 8 görüş və 10 telefon danışığı olub.

 ER Müdafiə naziri Suren Papikyan, ER Ədliyyə naziri Karen Andreasyan, ER Ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan, ER İqtisadiyyat naziri Vahan Kerobyan, ER Təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyan RF-na  işgüzar səfərdə olublar.

Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrov, Xarici Kəşfiyyat xidmətinin direktoru Sergey Narışkin, Rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri Maksud Şadayev, idman naziri Oleq Matitsın, Nəqliyyat naziri Vitali Savelev, Səhiyyə naziri Mixail Muraşko ER-da səfərdə olublar.

İqtisadi əlaqələrə gəlincə, hesabatda vurğulanır ki, ER-RF ticarət dövriyyəsi 2021-ci ildəki 2,6 milyard ABŞ dolları ilə müqayisədə 2022-ci ildə təxminən 5 milyard ABŞ dolları təşkil edib və 91,7%-lə artıb qeyd olunub.

Daha çox göstər
Back to top button