Başlıcaİdman

Avropa Ağır Atletika Federasiyasının baş katibi Yerevan çempionatına heyran olduğunu bildirib

Avropa Ağır Atletika Federasiyasının baş katibi Milan Mixaloviç Yerevanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının təşkilindən heyran qalıb.

“Avropa Federasiyası yarışların Ermənistanda keçirilməsinə çox sevinir. Erməni idmanı, xüsusən də ağır atletika dünyada geniş yayılıb.

Biz şadıq ki, Yerevan 2023-cü il Avropa çempionatına ev sahibliyi etdi. Təşkilat heyranedicidir, işin görülməsi tamamilə göz qabağındadır, bu istiqamətdə xeyli  işlər aparılıb” – deyə Mixaloviç jurnalistə müsahibəsində bildirib.

Sonuncu vurğuladı ki, idmanın öz dəyərləri var. “Biz burada hamımız dostuq və sahədə olan dəyərləri qoruyub saxlamalıyıq.

Təəssüflər olsun ki, bəzən bəzi insanlar bunu anlamır, mövcud ab-havanı korlayır və hamımıza çətinlik yaradır” – deyə o, çempionatın açılış mərasimi zamanı baş vermiş Azərbaycan bayrağının yandırılması ilə bağlı yəqin ki, hadisəyə toxunaraq vurğulayıb.

Aprelin 15-dən 23-dək Yerevanın Karen Demirçyan adına İdman-konsert kompleksində Ağır Atletika üzrə Avropa çempionatı keçirilir.

Müstəqil Ermənistan tarixində ilk dəfədir ki, Yerevan belə irimiqyaslı turnirə ev sahibliyi edir. Ağır Atletika üzrə Avropa çempionatı Parisdə keçiriləcək 33-cü Yay Olimpiya oyunlarının seçmə mərhələsidir.

 Çempionatda 40-a yaxın ölkədən 500-dən çox idmançı iştirak edir. Nümayəndə heyətinin ümumi sayı 1000-dən  artıqdır.

Daha çox göstər
Back to top button