Başlıcaİdman

Yerevan turniri “vau” təəssüratları yaradır: Ukraynalı idman jurnalisti

Yerevan turniri yüksək səviyyəlidir, hər şey yaxşı düşünülmüşdür və idmançılar üçün uyğundur, ukraynalı idman jurnalisti Tatyana Şayko “İctimai Radio”ya Yerevanda təşkil olunmuş Ağır Atletika üzrə Avropa çempionatı barədə danışarkən deyib.

“İdman həvəskarları üçün hər şey çox gözəldir və idmançılar üçün uyğundur. Orada yaxşı məşq və yarışlar üçün hər cür şərait var”, – deyə idman jurnalisti bildirib.

Tatyana Şaykonun sözlərinə görə, bu, təkcə onun deyil, turniri işıqlandıran digər jurnalistlərin də fikridir. Onların bir çoxu müxtəlif dünya və Avropa çempionatlarını işıqlandırsalar da, Yerevan turnirinin təşkilatçılıq səviyyəsindən açıq-aydın heyran qalırlar.

“Yerevan çempionatı öz təşkilatçılığı ilə həqiqətən də “vau” təəssüratı yaradıb, ləzzətli erməni yeməklərini və xüsusən də tikəkababı deməyək”, – deyə Şayko qeyd edib.

Daha çox göstər
Back to top button