
Ağır atletika üzrə Danimarka yığmasının məşqçisi Anders Bendiks Yerevanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatını ən yüksək səviyyədə keçirilən çempionatlar sırasında yer alır.
Aldığımız məlumata görə, o, “Hələ ki, Yerevanda çox şey görməmişik, amma burada günlərimizi həqiqətən həzz alaraq keçiririk. Paytaxt həqiqətən gözəldir. Təşkilat işlərinə gəlincə, bu, gördüyüm ən səviyyəli çempionatlar sırasındadır”- deyə o, qeyd edib.
Danimarkalı mütəxəssisin sözlərinə görə, o, dünyanın müxtəlif ölkələrində 40-50 müxtəlif çempionatda iştirak edib və Yerevan çempionatını bütün aspektlərdə təşkilatçılıq, xüsusən də populyarlıq, məşq şəraiti, könüllülərin, mehmanxanaların işi baxımından yüksək keyfiyyətli hesab edir
O, ümid etdiyini bildirib ki, gələn il Ermənistan Ağır Atletika üzrə dünya çempionatına ev sahibliyi edəcək və bu halda onların yenidən qayıtması xoş olacaq.
Onun sözlərinə görə, Danimarkanın ağır atletikada Ermənistandakı kimi yaxşı nəticələri yoxdur, lakin onların məqsədi daha çox və daha yaxşı təcrübə toplamaq, ağır atletikada qeydə alınan nəticələrlə Ermənistan və bu idman növü üzrə güclü digər ölkələrə yaxınlaşmaqdır.
Aprelin 15-dən 23-dək Yerevanın Karen Demirçyan adına idman-konsert kompleksində Ağır Atletika üzrə Avropa çempionatı keçiriləcək.
Müstəqil Ermənistan tarixində ilk dəfədir ki, Yerevan belə irimiqyaslı turnirə ev sahibliyi edir. Ağır Atletika üzrə Avropa çempionatı Parisdə keçiriləcək 33-cü Yay Olimpiya Oyunlarının seçmə mərhələsidir.
Çempionatda 40-a yaxın ölkədən 500-dən çox idmançı iştirak edir. Nümayəndə heyətinin ümumi sayı 1000-dən çoxdur.







