Ermənistanda 25 məktəbdə fars, gürcü, türk və Azərbaycan dilləri tədris olunur

Sentyabr ayından Ermənistanda 25 təhsil müəssisəsində fars, gürcü, türk və Azərbaycan dilləri öyrənilir.
Verilən məlumata görə, buhaqda ER Təhsil və elm naziri Janna Andreasyan parlamentdə Ermənistan Respublikasının 2022-ci il proqramının (2021-2026-cı illər) icrasının gedişatı və nəticələrinə dair hesabatın müzakirəsi zamanı çıxışı zamanı bildirib.
“Hökumət proqramının hədəfi olan regional dillərin tədrisi çərçivəsində ötən ilin sentyabrından, yəni bu tədris ilindən etibarən 25 təhsil müəssisəsində fars, gürcü, türk və Azərbaycan dilləri öyrənilir” – deyə Andreasyan bildirib.
Nazirin sözlərinə görə, öyrənmək üçün marağı olan məktəblər arasında ilkin araşdırma aparılıb. Və 400-ə yaxın məktəb əsas maraq kimi türk dili olmaqla, bəzi regional dillərin tədrisi ilə bağlı arzularını ifadə edib.
“Əlbətdə ki, biz o həcmi təmin edə bilmədik, çünki bizim ciddi kadr problemimiz var və bizə vaxt lazımdır” – deyərək nazir qeyd edib.







