BaşlıcaMədəniyyət

Rusiya səfirliyi Azərbaycanda rus qəbiristanlığında məzar daşlarının dağıdılmasını pisləyib

Rusiyanın Azərbaycandakı səfirliyi Zabrat qəbiristanlığında məzar daşlarının dağıdılmasını pisləyib. Səfirlikdən bildirilib ki, bu fakt qəzəb doğurur.

“100-ə yaxın soydaşımızın məzarına ziyan vurmuş vandalizm aktını qətiyyətlə pisləyirik. Bu narahatlıq və qəzəb dogurur. Bu yaramaz hərəkətin miqyasını nəzərə alsaq, bunu təsadüfi xuliqanlıq saymaq çətindir.

Əməlin mahiyyəti rəsmi qiymətin olacagına əsas verir. Səfirliyin əməkdaşları bütün təfərrüatları öyrənmək üçün dərhal hadisə yerinə gediblər.

Sınıq məzar daşlarının və abidələrin bərpa olunacağına dair təminatların alınması vacibdir”.

Daha çox göstər
Back to top button