
Azərbaycanın Teğ kəndindəki son təcavüzündən sonra Avropa Birliyinin bəyanatında çox aydın siyasi bəyanat var idi ki,o da 1991-ci ildə olan sərhədin qorunmalıdır.
Verilən məlumata görə, bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan, parlamentdə jurnalistlərlə keçirdiyi brifinqdə AB müşahidəçilərinin Teğ kəndində baş verən Azərbaycan təcavüzünə düzgün qiymət verməməsi ilə bağlı müşahidələrə cavab verərkən deyib.
“Mən hesab edirəm ki, heç bir emosional qiymətləndirmənin olmadığı AB-nin bəyanatında 1991-ci ildə sərhəddin saxlanması lazım olduğuna dair çox aydın siyasi qeyd olub.
Biz də bununla razıyıq. Bu, çox mühüm fundamental qeyd və qiymətləndirmədir. Və bu o deməkdir ki, ER dövlət sərhədinin pozulması qeydə alınıb” – deyə Paşinyan bildirib.
Aprelin 11-də saat 16:00 radələrində Ermənistan Respublikası ərazisində, Syünik rayonunun Teğ kəndi ərazisində Azərbaycan silahlı qüvvələrinin bir qrup əsgəri sərhəd dislokasiyasını tənzimləmək adı ilə ER Silahlı qüvvələrinin hərbiçilərinə yaxınlaşıb.
Onları odlu silahla hədələmişlər.Sonrasa Ermənistan Silahlı qüvvələrinin hərbçiləri və mövqeləri istiqamətində silahlardan atəş açılıb.
Azərbaycanın təxribatı nəticəsində Ermənistan tərəfinin 4 itkisi və 6 yaralısı olub. Aprelin 12-dən indiyədək cəbhədə vəziyyət nisbi sabit qalmaqda davam edir.







