BaşlıcaBeynəlxalq

Pelosi Dağlıq Qarabağ münaqişəsinin yekun həllini müstəsna olaraq danışıqlar yolu ilə görür

Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli və yekun həlli danışıqlar yolu ilə olmalıdır ki, sülhə və təhlükəsizliyə yol açmaq mümkün olsun.

Bu haqda ABŞ Konqresinin üzvü, Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi ABŞ Konqresində Erməni Soyqırımının ildönümü ərəfəsində təşkil olunan tədbir ərzində qeyd edib.

Pelosi deyib ki, onlar Konqresdə Azərbaycanın Dağlıq Qarabağa qarşı güc tətbiq etməsi üzərinə cəmləşiblər. Pelosi vurğulayıb ki, onların erməni xalqına dəstəyi üstünlüklərdən və siyasətdən kənardır.

“Amerika orada olacaq, çünki Ermənistan demokratiya ilə avtokratiya arasındakı döyüşdə cəbhəni saxlayır. Biz bunu orada olarkən  gördük”- deyərək Pelosi dqeyd edib.

Nensi Pelosi xatırladıb ki, ötən il Nümayəndələr Palatasının spikeri kimi o, Konqresin nümayəndə heyəti ilə Ermənistana səfər edib.

Pelosi qeyd edib ki, səfər zamanı onlar Erməni Soyqırımı Memorialını ziyarət ediblər. “Bununla biz osmanlı İmperiyasının insanlığa qarşı törətdiyi dəhşətli cinayətlərin heç vaxt unudulmaması lazım olduğuna dair qəti əminliyi təsdiq etdik.

Bu öxşar vəhşiliklərin qətiyyən təkrarlanmaması üçün gərək  təmin edək” – deyərək Pelosi bildirib.

Daha çox göstər
Back to top button