Başlıcaİdman

Yerevandan öyrənməli çox şey var: Moldovanın baş məşqçisi Avropa çempionatı haqqında

Ermənistanda Ağır Atletika üzrə Avropa Çempionatı yaxşı təşkil olunub, Moldova ağır atletika komandasının məşqçisi Leonid Şpak “İctimai Radio”ya bildirib.

“Mən heç bir boşluq görmürəm. hər şey öz vaxtında, hər şey öz yerində, bir sıra yeniliklər var”, – deyən məşqçi 15 ildir ki, idmançılarla Avropa və dünya çempionatlarında iştirak edir.

Moldova tezliklə 17 yaşadək qızlar arasında ağır atletika üzrə Avropa çempionatına ev sahibliyi edəcək və məşqçinin sözlərinə görə, tədbirin təşkili baxımından Yerevandan öyrənməli çox şey var.

“Biz burada qabaqcadan görmədiyimiz çox şeyləri müşahidə etdik. Ümid edirəm ki, biz də tədbiri bu səviyyədə keçirə biləcəyik. Hər şey çox sərfəli və çox rahatdır”, – deyə Şpak bildirib.

Daha çox göstər
Back to top button