
Yerevanda keçirilən ağır atletika üzrə Avropa çempionatının ilk günlərindən Türkiyə idmançıları 6 qızıl medal qazanıblar. Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Talat Ünlü qeyd edib ki, Ermənistanda keçirilən çempionat çox yaxşı təşkil olunub.
“Təşkilatçılar çox ciddi və yaxşı hazırlaşıblar. Doğrudan da, çox iş görülüb, mən də bizim ölkə televiziyasına eyni şeyi dedim ki, bu, son on ildə ən yaxşı şəkildə təşkil olunmuş Avropa çempionatıdır. Bizim üçün burada hər şey nəzərə alınır, heç bir problemimiz yoxdur, hətta həddən artıq iş görülüb, belə kə də bu bizi narahat edirdi. Bununla belə, biz başa düşürük ki, görülməli olan işlər görülüb, həm də çox yaxşı təşkil olunub”,- Ünlü qeyd edib.
Talat Ünlünün sözlərinə görə, olan hadisədən başqa bütün bu müddət ərzində onlar başqa problemlə üzləşməyiblər.
“Biz burada ciddi problemlə məşğul olmadıq, dediyim kimi, bütün təhlükəsizlik mülahizələri çox ciddi şəkildə nəzərə alınıb, hətta biz hesab edirik ki, bütün bunlar lazım deyildi”,- o deyib.
Ağır atletika üzrə Avropa çempionatına ev sahibliyi edəcək növbəti ölkə Türkiyə olacaq. Artıq Antalyada hazırlıqlara başlanılıb. Gələn ilki çempionatı da eyni səviyyədə təşkil etmək üçün onlar Ermənistanın təşkilati işini diqqətlə izləyirlər.
“Bu çempionatın bütün günlərində mən burada olacağam, çünki bura gəlməyimizin əsas səbəblərindən biri də təşkil işlərini görmək idi. Çempionata ən yaxşı şəkildə hazırlaşmamız üçün icazə istəyəndən sonra yarış və məşq zallarından foto və videolar da çəkdim. Biz təşkilatçılardan belə məlumat və məsləhətlər aldıq. Bu baxımdan bizə kömək etdilər, buna görə minnətdarıq”, – deyə Türkiyə Ağır Atletika Federasiyasının prezidenti vurğuladı.
Türkiyə millisinin idmançısı Nuray Güngör çempionatın qızıl medalçılarındandır. Onun sözlərinə görə, Ermənistanda Avropa çempionatı yüksək səviyyədə təşkil olunub.
“Tədbir çox yaxşı keçir, çox yaxşı təşkil olundu, buna görə təşkilatçılara çox minnətdaram. Biz məmnunuq ki, hər şey çox yaxşıdır”, – deyə Güngör bildirib.
Xatırladaq ki, Yerevanda keçirilən ağır atletika üzrə Avropa çempionatında 40-a yaxın ölkədən 300-dən çox idmançı iştirak edir.







