
ABŞ Konqresinin Erməni məsələləri üzrə qrupu sədr müavini Adam Şif Nümayəndələr Palatasına Artsaxın müstəqilliyinin tanınmasına və Azərbaycanın Ermənistan və Artsaxa qarşı davam edən təcavüzünün pislənməsinə çağıran qanun layihəsi təqdim edib. Bu barədə ABŞ-ın Hay Dat Komitəsindən məlumat verilib.
Qətnamənin mətnində deyilir: “Öz müqəddəratını təyinetmə hüququ Birləşmiş Ştatların üzv olduğu beynəlxalq hüququn bir sıra maddələrində, o cümlədən BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktında təsbit olunub”.
BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktına əsasən, bütün xalqların öz müqəddəratını təyin etmək hüququ vardır. Bu hüquq sayəsində onlar öz siyasi statuslarını sərbəst müəyyən edir, iqtisadi, sosial və mədəni inkişaflarını sərbəst şəkildə təmin edirlər.







