AŞ PA Azərbaycanın Laçın dəhlizində əməllərini izləyir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçisi, irlandiyalı deputat Pol Qavan deyib ki, o, Laçın dəhlizindəki vəziyyətlə bağlı qərəzsiz hesabat hazırlamaq üçün Ermənistan və Azərbaycana səfər edəcək.
Aprelin 23-də Azərbaycan tərəfindən Laçın dəhlizinin başlanğıcında nəzarət-buraxılış məntəqəsi yaratmasına münasibət bildirən Qava qeyd edib:
“Azərbaycanın bu birtərəfli hərəkəti 2022-ci il dekabrın 12-dən bəri Dağlıq Qarabağ regionu ilə Ermənistan arasında yeganə kommunikasiya marşrutu olan Laçın dəhlizinin maneəsiz keçidinin pozulması və gərginliyin artması fonunda baş verir.
Avropa Şurası Parlament Assambleyası bu vəziyyəti diqqətlə izləməkdədir”.
O vurğulayıb ki, “Dağlıq Qarabağ xalqının iztirabları və blokadaya görə orada hökm sürən ciddi humanitar böhran artıq sənədləşdirilib”.







