Fransanın Xİ naziri Ermənistana səfər edəcək

Fransanın Xarici işlər naziri Ketrin Kolonna Ermənistana səfər edəcək. Bu haqda Fransa Xarici işlər nazirliyi məlumatlandırıb.
Fransa Xarici işlər nazirliyinin mesajında bildirilir ki, Ketrin Kolonna aprelin 26-28-də Azərbaycanda və Ermənistanda olacaq.
Qeyd olunur ki, səfər Fransanın beynəlxalq hüquq və ərazi bütövlüyü prinsiplərinə hörmətlə yanaşaraq, ədalətli və davamlı sülh üçün iki ölkə arasında danışıqlara dəstək vermək öhdəliyini bir daha təsdiq edəcəkdir.
Mesajda eləcə də qeyd olunur ki, nazir Dağlıq Qarabağın erməni əhalisinin hüquqlarına hörmət etməyə çağıracaq və Laçın dəhlizi ilə nəqliyyatın hərəkətini dərhal bərpa edəcəkdir.
Fransanın Xarici işlər naziri Ermənistanda Baş nazir Nikol Paşinyan və Xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.
Kolona AB-nin müşahidə missiyasının Cermukdakı qərargahına baş çəkəcək. Fransanın Xarici işlər naziri həmçinin Erməni Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək naminə Tsitsernakaberd Memorial kompleksini ziyarət edəcək.







