BaşlıcaBeynəlxalq

Şiff: “Hələ illər əvvəl Artsaxa və Laçın dəhlizinə beynəlxalq müşahidəçilər göndərilməli idi”

Dağlıq Qarabağ və Laçın dəhlizinə beynəlxalq müşahidə missiyasının göndərilməsi, şübhəsiz ki, faydalı ola bilər. Bu haqda  jurnalistə müsahibəsində ABŞ Konqresinin Erməni məsələləriylə  iş üzrə qrupunun sədr müavini Adam Şiff  qeyd edib.

“Bu,hələ  illər öncə edilməli idi. Mən o insanlardan biriyəm ki, sərhəddə, təmas xəttində monitorinq avadanlığı quraşdırılmasını təklif etmişdim, təcavüz və atışma zamanı bunun  kim və nə vaxt başlatdığını bilək.

Ermənistan və Artsax bu təklifi dəstəklədi, lakin Azərbaycansa bunun əleyhinə idi. Çünki onlar təcavüzkar idilər və bilirdilər ki, elektron və ya insan monitorinqi təcavüzün Bakı tərəfindən həyata keçirildiyini qeyd edəcək.

 Amma biz təkid etdik və israr etməyə davam etməliyik. Ruslar Ukraynaya qarşı aqressiv müharibədə tam məşğuldurlar, Artsaxda və Ermənistanda sülhə nəzarət edə bilmirlər.

Azərbaycan tərəfindən sazişi kobud şəkildə pozmasına baxmayaraq, sülh yaratmaq istəmirlər. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət həqiqətən də bu istiqamətdə irəliyə doğru addım atmalıdır” – deyə o, bəyan edib.

Yaxın gələcəkdə Ermənistana səfər etmək niyyətinin olub-olmadığını soruşduqda Adam Şiff belə cavab verib:

“Mən əvvəllər Artsaxda və Ermənistanda olmuşam. Qayıtmağı səbirsizliklə gözləyirəm.

Fikrimdə konkret bir gün yoxdur, amma düşünürəm ki, bu Konqres üzvlərinin ziyarət etməsi, dəstək göstərməsi və vəziyyəti yerində başa düşməsi vacibdir. Bunu mən təkrarən etməyi səbirsizliklə gözləyirəm”.

Daha çox göstər
Back to top button