Başlıcaİctimaiyyətİdman

Yaxşı bir çempionat gözləyirdim, lakin bu qədər yaxşı olacağını gözləmirdim: Avropa Ağır Atletika Federasiyasının prezidenti

Aprelin 15-23-də Yerevanda keçirilən Avropa çempionatının yüksək səviyyədə təşkilini Avropa Ağır Atletika Federasiyasının rəhbərlərini də məmnuniyyətlə qeyd ediblər.

Avropa Ağır Atletika Federasiyasının prezidenti Antonio Konfliti Yerevanda keçirilmiş Avropa çempionatına toxunaraq qeyd edib ki, qüsursuz təşkilati işlərlə yanaşı, Karen Dəmirçyan adına idman-konsert kompleksinə toplaşan tamaşaçılar da böyük təəssürat yaratdı.

“Bütün yarış günləri əla keçdi, amma son gün həqiqətən fantastik idi. Tamaşaçılar çox təsir edici idi, tribunalar dolu idi. Tribunada belə bir boş yer tapmaqda çətinlik çəkdim. Bu, ağır atletika üçün vacib mesaj idi. Təşkilati cəhətdən də hər şey əla idi. Mən fəxr edirəm ki, Ermənistanla birlikdə Avropa Federasiyası göstərdi ki, dünya çempionatından daha yaxşı turnir təşkil edə bilər. Bəziləri deyirlər ki, bu, olimpiya səviyyəli idi, çünki daha yaxşı idi”,- o vurğuladı.

Avropa Ağır Atletika Federasiyasının prezidentinin sözlərinə görə, Ermənistan təbii ki, belə genişmiqyaslı turnirə ev sahibliyi edə bilər.

“Biz Ermənistanda daha bir böyük tədbir keçirməyə çalışırıq. Düzünü desəm, yaxşı çempionat gözləyirdim, lakin bu qədər yaxşı olacağını gözləmirdim. Çempionatdan əvvəl Ermənistana gələndə və yarış zalını, şəraiti göstərəndə çox təsirlənmədim və bəzi şübhələrim var idi. Amma Ermənistanın bu müddət ərzində gördüyü nəhəng işlər həqiqətən də tərifə layiqdir. Hər şey əla idi”,- Konflit qeyd edib.

Avropa Ağır Atletika Federasiyasının vitse-prezidenti, Avropa Federasiyasının marketinq şöbəsinin rəhbəri David Xipsidze hesab edir ki, Yereavnda keçirilən Avropa çempionatı ən yaxşılardan biridir.

“Məncə, bu, ağır atletika üzrə Avropa çempionatları tarixində ən dəbdəbəli və unikal çempionat idi. Əminliklə deyə bilərəm ki, biz burada möcüzələr yaratdıq. İdmançıların bizə bəxş etdiyi möcüzə ilə yanaşı, təşkilatçıların gördüyü işlər də möcüzə kimi idi. Hər anımızdan yaxşı idi. Təşkilati işin bir hissəsini olmaq mənim üçün böyük şərəf idi. Bu böyük hadisəyə və bizi onun bir parçası etdiyinə görə Ermənistana təşəkkür edirəm. Hesab edirəm ki, hazırda Ermənistan,yəni Yerevan 2024-cü il dünya çempionatına ev sahibliyi etmək üçün ən yaxşı namizəddir. Bunun baş tutması üçün əlimdən gələni edəcəyəm”, – deyə gürcü ekspert vurğuladı.

Xatırldaq ki, ağır atletika üzrə Avropa çempionatının komanda hesabında Ermənistan birinci yeri tutub. Erməni ağır atletlər ümumilikdə 13 medal qazanıblar – 4 qızıl, 4 gümüş və 5 bürünc.

Yarışın son günündə 4418 tamaşaçı olub, bu da ağır atletika üzrə Avropa çempionatları tarixində rekord göstəricidir.

Onu da qeyd edək ki, Avropa Ağır Atletika Federasiyasının prezidenti Antonio Konfliti ER baş nazirinin aparat rəhbəri Arayik Harutyunyana, ER Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Karen Giloyana və Ermənistan Ağır Atletika Federasiyasının baş katibi Paşik Alaverdyana turnirin ən yaxşı şəkildə təşkilinə görə sertifikatlar təqdim edib.

Daha çox göstər
Back to top button